XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
27 Noyabr, 2017
“Gənc muzeyşünaslar və muzeysevərlər” klubunun növbəti məşğələsi keçirilmişdir
Milli Azərbaycan Tarixi Muzeyində Muzeyin “Gənc muzeyşünaslar və muzeysevərlər” klubunun üzvlərinə növbəti açıq dərs təşkil edilmişdir. Mühazirə iştirakçıları Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin və Azərbaycan Turizm və Menecment Universitetinin II kurs bakalavr, magistr və doktorant pilləsinin tələbələri idi. Açıq dərs Muzeyin "Xarici əlaqələr və elmi-kütləvi iş" şöbəsinin elmi işçisi, t.ü.f.d. Əli Fərhadov tərəfindən keçirilmişdir. O, “Muzeylərdə günün tələblərinə uyğun mövzuların təşkili” adlı mühazirə oxumuşdur. 2016-2017-ci illərdə Muzeydə tolerantlıq və İslam həmrəyliyi mövzusu üzrə keçirilən tədbirlər haqqında iştirakçılara məlumat vermişdir. Muzeyşünasların diqqətini cəlb edən mövzu ilə bağlı suallar məruzəçi tərəfindən ətraflı şəkildə cavablandırılmışdır. Tədbirdə Muzeyin aparıcı elmi işçisi, t.ü.f.d. Zərifə Dulayeva da mövzu ilə bağlı çıxış etmişdir. Xatırladaq ki, “Gənc muzeyşünaslar və muzeysevərlər” klubu ilk dəfə olaraq AMEA Milli Azərbaycan Tarixi Muzeyində yaradılmışdır. Klub maddi-mənəvi, mədəni abidələrimizin qoruyucusu olan muzeylər haqqında məlumatın, muzey işi və onun fəaliyyət istiqamətlərinin gənc nəslə çatdırılmasını qarşısına məqsəd qoyub. Klubun rəhbəri Xarici əlaqələr və elmi-kütləvi iş şöbəsinin elmi işçisi Sahibə Ələkbərovadır.