Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2016-cı ili multikulturalizm ili elan etməsi ilə əlaqədar Milli Azərbaycan Tarixi Muzeyində “Azərbaycanın ədəbi fikir tarixində tolerantlıq və multikulturalizm ideyaları” mövzusunda seminar keçirildi.
Tədbiri Muzeyin elmi işçisi Əli Fərhadov açaraq, mövzu ətrafında iştirakçıları məlumatlandırdı. Seminarda Azərbaycan Dövlət Pedaqoji Universiteti və Azərbaycan Dövlət İqtisad Universitetinin tələbələri çixiş etdilər.
Tədbirə dəvət olunan Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Analitika şöbəsinin müdiri, şərqşünas, görkəmli şair Nəriman Qasımzadə “Azərbaycan multikulturalizminin bədii qaynaqlarına bir baxış” adlı məruzə ilə çıxış etdi. N.Qasımzadə Prezident İlham Əliyev tərəfindən 2016-cı ilin ölkədə “Multikulturalizm ili” elan edilməsinin əhəmiyyətindən danışdı.
Azərbaycan multikulturalizminin dərin köklərə malik olduğunu qeyd edən məruzəçi ədəbiyyatımızda, xüsusilə ədəbi abidəmiz olan “Kitabi-Dədə Qorqud” dastanında, Nizaminin, Füzulinin, Nəsiminin və digər böyük ədiblərin əsərlərində multikulturalizm ideyalarından söz açıb, fikirlərini əsərlərdən gətirdiyi nümunələrlə əsaslandırıb.
Qeyd edildi ki, “Kitabi-Dədə Qorqud” dastanında, ümumiyyətlə ədəbi irsimizdə çoxdinlilik – İslam, xristianlıq və digər dinlər təbliğ olunur. Azərbaycan çox qədim tarixə və zəngin mədəniyyətə malikdir.
Muzeyin direktoru, akademik Nailə Vəlixanlı çıxışında qeyd etdi ki, humanist və demokratik ideologiya olaraq multikulturalizm, tolerantlığın təcəssümüdür ki, onsuz humanizm, yüksək fərdi və beynəlxalq münasibətlər mədəniyyəti, insanlar arasında qarşılıqlı anlaşma, qarşılıqlı zənginləşmə, dostluq və əməkdaşlıq mümkün deyil. Nailə xanım gənclərə bu mövzuda daha fəal olmalarını tövsiyyə etdi.
Mühazirənin sonunda tədbir iştirakçılarının sualları cavablandırıldı.
https://www.facebook.com/TheNationalMuseumOfHistoryOfAzerbaijan/
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.