XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
28 Noyabr, 2017
Milli Azərbaycan Tarixi Muzeyində növbəti mühazirə keçirilmişdir.
Arxeologiya elmi fond şöbəsinin müdiri Nasir Quluzadə S.C.Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyasının şagirdlərinə “Milli Azərbaycan Tarixi Muzeyində arxeoloji irs nümunələrinin mühafizəsi, tədqiqi və təbliği” mövzusunda mühazirə söyləyib. Mühazirədə Arxeologiya fondunun təşəkkülü, arxeoloji kolleksiyalarının toplanılması, onların mühafizəsi, habelə, Azərbaycanın qədim tarixini və zəngin mədəniyyətini özündə təcəssüm etdirən maddi nümunələrin uçot-qeydiyyatı məsələləri şagirdlərin diqqətinə çatdırılmışdır. Mühazirə növbəti hissəsi ekspozisiyada davam etdirilmişdir. Bununla şagirdlər ekspozisiya ilə əyani tanış olmuş, mühazirədən aldıqları bilikləri daha da dərinləşdirmişlər.