XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
11 Dekabr, 2017
Muzeyə AXC dövrünə aid yeni materiallar daxil olub
Milli Azərbaycan Tarixi Muzeyi Azərbaycan Xalq Cümhuriyyəti dövrü tarixinin tədqiqi və təbliğində mühüm işlər həyata keçirir. Bu yaxınlarda Muzey AXC tarixini əks etdirən dəyərli materiallar əldə edib. Muzeyin Neqativ fonduna 100-ə yaxın neqativ fotolar daxil olub. Hal-hazırda fondun əməkdaşları tərəfindən yeni materiallar müəyyənləşdirilir, aktlaşdırılır və pasportlaşdırma işləri görülür. Bu neqativlər Azərbaycan tarixinin müstəqillik dövrünün daha dərindən öyrənilməsi və tədqiqiqində dəyərli mənbədir. Qeyd edək ki, AXC-nin 100 iliyi ilə əlaqədar Muzey materiallarından ibarət kataloqun nəşr olunması nəzərdə tutulub.