XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
12 Dekabr, 2017
Ulu öndər Heydər Əliyevin xatirəsi ehtiramla yad edildi
Dekabrın 12-də müasir müstəqil Azərbaycanın memarı və qurucusu, görkəmli dövlət xadimi, xalqımızın dahi oğlu və ümummilli lideri Heydər Əliyevin vəfatından 14 il ötür. Bu münasibətlə AMEA Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları və Milli Azərbaycan Tarixi Muzeyinin “Azərbaycan Tarixçiləri” YAP ilk ərazi təşkilatının üzvləri, Gənc Alimlər Mütəxəssislər Şurasının üzvləri Fəxri Xiyabana gələrək, ulu öndər Heydər Əliyevin məzarını ziyarət ediblər. Təşkilatın üzvləri Heydər Əliyevin unudulmaz xatirəsinə bəslədikləri dərin hörmət və ehtiramın ifadəsi olaraq ulu öndərin məzarı üzərinə tər gül dəstələri qoyub, onun ruhu qarşısında baş əyiblər. Vətənini sevən hər bir azərbaycanlı ulu öndərin xatirəsini son dərəcə əziz və müqəddəs tutur. Çünki Azərbaycanın müasir tarixi, milli dövlətçiliyimiz bu dahi şəxsiyyətin adı ilə sıx bağlıdır. Xalqımız bütün şüurlu həyatını Azərbaycanın tərəqqisinə həsr etmiş böyük oğlunu onun vəfatından ötən on dörd il ərzində bir an belə unutmayıb. Fəxri Xiyabanda yaşanan izdiham xalqın öz böyük oğlunun xatirəsinə ehtiramının parlaq təcəssümüdür.