Milli Azərbaycan Tarixi Muzeyində “İslam mədəniyyəti və Azərbaycan” mövzusunda seminar keçirildi. Muzeyin elmi işlər üzrə direktor müavini, t.ü.e.d Nərgiz xanım Əliyeva muzeyin bələdçilərinə mövzu ilə bağlı məruzə etdi.
Məruzədə islam mədəniyyətinin ilk rüşeymləri, İslam mədəniyyətinin yayılmasında ərəb dilinin rolu, Azərbaycanın orta əsrlər elmi mühitinin yaranması və formalaşması, Xilafətdə ilk elmi müəssisələr və ərəb ziyalılarının Azərbaycanın mədəniyyət mərkəzlərinin ziyarəti məsələləri öz əksini tapdı. Sonra məruzəçi mövzu ətrafında sualları cavablandırdı.
https://www.facebook.com/TheNationalMuseumOfHistoryOfAzerbaijan/
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.