XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
27 Dekabr, 2017
Muzeyə növbəti etnoqrafik material daxil olub
Milli Azərbaycan Tarixi Muzeyi müntəzəm olaraq öz kolleksiyalarını zənginləşdirir. Belə ki, Muzeyə növbəti etnoqrafik məişət əşyası qəbul olunub. Bu, məişətimizdə geniş istifadə olunan əl tərəzisidir. XIX əsrin sonu - XX əsrin əvvəlinə aid edilən əl tərəzisi ölçü vahidi kimi müxtəlif məqsədlərlə işlədilmişdir. Əl tərəzi bürüncdəndir, dirək formasındadır, bir tərəfində yoğun tutacağı var. Bu məişət əşyası Muzeyin Etnoqrafiya fonduna təhvil verilib və öz tədqiqatçılarını gözləyir.