XƏBƏRLƏR
10 Yanvar, 2018
Azərbaycan hərb tarixinə dair yeni kitab işıq üzü görüb
AMEA Milli Azərbaycan Tarixi Muzeyi tərəfindən Azərbaycan hərb tarixinə dair yeni kitab çap edilmişdir. Belə ki, Muzeyin Elmi ekspozisiya və sərgilərin təşkili şöbəsinin müdiri, t.ü.f.d. Səbuhi Əhmədovun müəllifi olduğu kitab “Azərbaycan silahları IX-XVII əsrlərdə: təkamül və inkişaf” adlanır. 538 səhifədən ibarət kitab Azərbaycan hərb tarixinin az məlum olan məqamına - IX – XVII əsr Azərbaycan silahlarına həsr olunub.
Elmi redaktoru Muzeyin direktoru, akademik Nailə Vəlixanlı, rəyçiləri tarix üzrə elmlər doktoru Şahin Fərzəliyev, tarix üzrə elmlər doktoru Nurulla Əliyev, tarix üzrə elmlər doktoru Tarix Dostiyev, tarix üzrə fəlsəfə doktoru Fərəh Hüseyn olan kitabda Vətən tarixşünaslığında ilk dəfə olaraq arxeoloji, muzey, təsviri, yazılı mənbələr əsasında dövrün Azərbaycan silahları təhlil edilir, onların xarakterik xüsusiyyətləri müəyyən olunur. Tədqiqatın müxtəlif xarakterli mənbələr əsasında aparılması silahların görünüşünü, strukturunu, adlarını müəyyən etməyə imkan verir. Beynəlxalq təsnifat sistemlərinə əsasən Azərbaycan silahlarının təsnifatı tərtib edilir. Kitabda 300-dən artıq fotoşəkil, rəsm, miniature təsvirləri verilmişdir. Aparılmış elmi araşdırma dövrün Azərbaycan silahlarının təkamül və inkişafını müəyyən etməyə imkan yaratmışdır.
I Qarabağ müharibəsi şəhidinin materialları Muzeyə verilib
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.
Muzey əməkdaşı Beynəlxalq Təhsil Kompleksi IB-nın şagirdlərinə mühazirə deyib
Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşı Qənirə Qafarlı Bakı Beynəlxalq Təhsil Kompleksi IB-nın 4-cü sinif şagirdlərinə mühazirə deyib. Mühazirə Bak...
Muzeyə Qarabağ şəhidinin materialları daxil olub
II Qarabağ müharibəsinin şəhidi Əzizli Tacəddin Şahəddin oğlu 1994-cü il 7 avqust tarixində Salyan rayonunda anadan olub. İsfəndiyar Həsənov adına Sar...
Muzey əməkdaşı beynəlxalq gənclər konfransında iştirak edib
MATM-nin əməkdaşı Şəfa Mövsümov Pakistanın İslamabad Münaqişə Həlli İnstitutunun (İslamabad İnstitute of Conflict Resolution) təşkilatçılığı ilə keç...
Muzeydə Lütfi Zadə irsi təbliğ edilir
Bu gün dünya şöhrətli alim, qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, AMEA-nın fəxri üzvü, professor Lütfi Zadənin 100 illiyi tamam olur. Yanvarın 25-...
Hörmətli izləyicilər!
Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə qüdrətli ordumuzun qazandığı şanlı qələbə qəhrəman şəhid...
Fevralın 2-də AMEA Yüksək Texnologiyalar Parkında (YT Park) “İnkubator və Texnologiya Transferi Mərkəzi”nin təqdimatına həsr olunmuş tədbir keçirilib
Tədbirdə AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Emin Dadaşov “Müasir muzeylərdə yüksək texnologiyaların tətbiqi (...
Hörmətli izləyicilər! Sizə Milli Azərbaycan Tarixi Muzeyinin Baş mütəxəssisi Aynur Babayevanın hazırladığı “Qarabağın general qubernatoru – Xosrov bəy Sultanov” adlı məqaləni təqdim edirik.
AXC-nin qurulması Qarabağın tarixində də mühüm hadisə olmuşdur. 1918-ci ilin mayında Şimali Azərbaycan özünün dövlət müstəqilliyini elan etdikdən sonr...