XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
11 Yanvar, 2018
Konfrans elanı
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illik yubileyinə həsr olunmuş “Muzey, arxiv və kitabxanalarda qorunan milli dəyərlərin tədqiqi, təbliği, mühafizəsi və bərpası” mövzusunda II Respublika elmi konfransı (Bakı, 15 aprel 2018-ci il) AMEA Milli Azərbaycan Tarixi Muzeyi 2018-ci il aprelin 15-də Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illik yubileyinə həsr olunmuş “Muzey, arxiv və kitabxanalarda mühafizə edilən milli dəyərlərin tədqiqi, təbliği, mühafizəsi və bərpası” mövzusunda II Respublika elmi konfransını keçirir. Konfrans çərçivəsində aşağıdakı mövzuların müzakirəsi nəzərdə tutulur: • muzeylərdə elmi, fond və ekspozisiya işində milli dəyərlərin yeri • arxiv və kitabxana işinin təşkili • müasir cəmiyyətdə muzey. Yeni inkişaf yollarının axtarışı • arxiv və kitabxana fondlarında milli dəyərlərin mühafizəsi və qorunması • muzey, elm və təhsil: partnyorluq, təcrübə, perspektivlər • muzey, kitabxana və arxivlərdə bərpa və konservasiya işinin təşkili • gənc nəslin tarixi yaddaşının formalaşmasında muzeylərin rolu Konfransda iştirak etmək üçün məruzələri və anketi 2018-ci il martın 1-dək behmen_76@mail.ru elektron ünvanına göndərilməlidir. Tezis məruzələrin tərtibatına dair tələblər: 1. Məruzələrin əvvəlində müəllifin soyadı, adı, elmi dərəcəsi (əgər varsa), iş yeri və vəzifəsi (əgər varsa), əlaqə telefonları, elektron poçtunun ünvanı göstərilməlidir. 2. Mətnin həcmi – 5 səhifəyədək. 3. Şrift – Times New Roman, 14, sətirlərarası interval – 1,5. 4. İstinadlar – avtomatik, səhifənin sonunda (şrift – Times New Roman 10, interval 1). Təşkilat komitəsi məruzələrin seçilməsi, mətndə düzəlişlərin edilməsi (ümumi məzmununu dəyişmədən), məruzələrin geri qaytarılması hüququnu özündə saxlayır. Təşkilat komitəsinin koordinatları: Azərbaycan Respublikası, Bakı, 1005, H.Z.Tağıyev küçəsi, 4, Milli Azərbaycan Tarixi Muzeyi. Telefon:(+994 12) 493 1134 Elektron poçt: behmen_76@mail.ru Veb-sayt: www.azhistorymuseum.az Əlaqələndirici şəxs: t.ü.f.d. Bəhmən Kərimov Anket (doldurulması mütləqdir) İştirakçının adı və soyadı Şəhər, rayon İş yeri, vəzifəsi, iş yerinin ünvanı və telefonu Əlaqə telefonu E-mail ünvanı Elmi adı, dərəcəsi Məruzənin tam adı