XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
12 Yanvar, 2018
Muzey əməkdaşının kitabı nəşr olunub
Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları müntəzəm olaraq öz elmi əsərlərini nəşr etdirirlər. Belə ki, Muzeyin Elmi fond işləri üzrə direktor müavini, tarix üzrə fəlsəfə doktoru Məhfuzə Zeynalovanın “Azərbaycan və özbək xalqlarının tarixi əlaqələri” (Исторические связи aзербайджанского и узбекского народов”) adlı rus dilində kitabı (Bakı, 2017, 232 s.) çap olunub. Nəşrin elmi redaktoru Muzeyin direktoru, akademik Nailə Vəlixanlıdır. Kitab Azərbaycan – özbək xalqlarının tarixi əlaqələrinin ən qədim dövrdən 1991-ci ilədək araşdırılmış ilk xüsusi, kompleks tədqiqat işidir. Monoqrafiyada Azərbaycan və Özbəkistan xalqları arasında siyasi, sosial-ekonomik, mədəni, tarixi əlaqələrin əsas xüsusiyyətləri ətraflı göstərilib. Təqdim edilən araş¬dır¬ma Azərbaycan-Özbəkistan münasibətlərinin inkişafı tarixinin öyrənilməsi baxımından mühüm əhə¬miy¬yət kəsb edir. Kitab tarixçi tədqiqatçılar üçün dəyərli mənbədir. Muzey kollektivi adından M.Zeynalovanı təbrik edir, gələcək elmi fəaliyyətində uğurlar arzulayırıq.