XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
17 Mart, 2016
Naxçıvanlı məktəblilər Milli Azərbaycan Tarixi Muzeyini ziyarət etmişlər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşrığı ilə Novruz bayramı ərəfəsində “Ölkəmizi tanıyaq” adı altında tur aksiyası təşkil olunmuşdur.


Layihəyə əsasən Naxçıvan MR-dan Bakı şəhərinə 180 nəfər xüsusi istedadlı məkətbli uşaqlara  tarixi abidələrə, şəhərin gəzməli yerlərinə  ekskursiya  aparılması nəzərdə tutulmuşdur. Naxçıvanlı məktəblilər bu gün Milli Azərbaycan Tarixi Muzeyini ziyarət ediblər. Qonaqları Muzeyin Elmi maarif şöbəsinin müdiri Bəxtiyar Sayılıov qarşıladı. Muzeyin bələdçisi şagirdləri Azərbaycan tarixinin ən qədim dövrdən bu günə qədər əks etdirən ekspozisiyası ilə tanış etdi  və  onların suallarını ərtaflı cavablandırdı.  

Ekskursiyanın sonunda qonaqlar Muzeyə Naxçıvan tarixinə həsr olunan  kitab hədiyyə etdilər.

Fotoşəkillərə burada baxa bilərsiniz:  

https://www.facebook.com/TheNationalMuseumOfHistoryOfAzerbaijan/