XƏBƏRLƏR
19 Yanvar, 2018
Muzeydə “20 Yanvar şəhidləri” kataloqunun təqdimat mərasimi keçirildi
Bu gün AMEA Milli Azərbaycan Tarixi Muzeyində “20 Yanvar şəhidləri” kataloqunun (Baş red.: akademik Nailə Vəlixanlı, Bakı: “Elm”, 2018. 210 s.) təqdimatına həsr olunmuş tədbir keçirilmişdir. Kataloq Milli Azərbaycan Tarixi Muzeyi tərəfindən nəşr edilmişdir.
Tədbirdə 20 yanvar şəhidlərinin ailə üzvləri, Azərbaycan Respublikası “Qadın və İnkişaf” Mərkəzinin vitse prezidenti, Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının aparat rəhbəri, məktəblilər və KİV nümayəndələri iştirak etmişdilər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlamışdır.
Tədbiri giriş sözü ilə Muzeyin direktoru, akademik Nailə Vəlixanlı açaraq, bu qanlı faciənin tarixi kökləri, onu doğuran səbəblər barədə ətraflı məlumat verdi. O, bildirdi ki, 1990-cı il yanvarın 20-də keçmiş SSRİ Silahlı Qüvvələrinin Azərbaycan xalqına qarşı həyata keçirdiyi qanlı aksiya insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biridir. Həmin günlərdə Azərbaycan xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucalıblar. Bu faciə yalnız Azərbaycan xalqına qarşı deyil, ümumbəşəri insanlığa, humanizmə qarşı törədilən cinayətdir.
Milli Azərbaycan Tarixi Muzeyi 20 Yanvar faciəsi ilə bağlı sənəd, foto və əşyaların toplanması işini həyata keçirir. Hazırda 300-dən artıq eksponat Muzeyin müvafiq fondlarında qorunmaqdadır. Oxuculara təqdim etdiyimiz kataloq Muzeyin fondlarında qorunan materialları əks etdirir. Muzey 20 Yanvar hadisəsinə dair tarixi əşyaların toplanması işini bu gün də davam etdirir. Nailə xanım bu mövzuda kataloqun nəşr edilməsini qanlı tariximizin yaddaşlardan silinməməsi baxımından mühüm addım adlandırdı.
Sonra tədbir iştirakçıları 1990-cı il 20 yanvar gecəsində azadlıq uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.
Tədbirdə iştirak edən YAP Səbail rayon təşkilatının aparat rəhbəri Zəfər Bayramov öz çıxışında bildirdi ki, 1990-cı il yanvar ayının 20-si Azərbaycan tarixinin qanlı səhifəsinə çevrilsə də, eyni zamanda xalqımızın qəhrəmanlıq ənənələrinə sadiqliyini, vətənin müstəqilliyi və azadlığı uğrunda canından belə keçməyə hazır olduğunu bir daha sübut etdi. Məhz buna görə də 20 yanvar faciəsi xalqımızın azadlıq mübarizəsinin rəmzidir.
Daha sonra Azərbaycan Respublikası “Qadın və İnkişaf” Mərkəzinin vitse-prezidenti, 20 yanvar şəhidi Cəbrayıl Xanməmmədovun həyat yoldaşı Şövkət Xanməmmədova da çıxış edərək başda akademik Nailə Vəlixanlı olmaqla “20 yanvar şəhidləri” kataloqunun hazırlanmasında əməyi keçən muzey əməkdaşlarına minnətdarlığını bildirdi.
Tədbir Azərbaycan Dövlət Musiqi Akademiyasının tələbələri və 2 saylı Texniki-Humanitar Elmlər Liseyinin şagirdləri tərəfindən hazırlanmış bədii hissə ilə davam etmişdir.
Xalqımızın milli birliyini gücləndirmiş, Azərbaycan tarixinin faciəvi, eyni zamanda şanlı səhifələrindən biri olan 20 Yanvar faciəsi qurbanlarının xatirəsi daim qəlblərdə yaşayacaq və fəxrlə anılacaq.
I Qarabağ müharibəsi şəhidinin materialları Muzeyə verilib
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.
Muzey əməkdaşı Beynəlxalq Təhsil Kompleksi IB-nın şagirdlərinə mühazirə deyib
Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşı Qənirə Qafarlı Bakı Beynəlxalq Təhsil Kompleksi IB-nın 4-cü sinif şagirdlərinə mühazirə deyib. Mühazirə Bak...
Muzeyə Qarabağ şəhidinin materialları daxil olub
II Qarabağ müharibəsinin şəhidi Əzizli Tacəddin Şahəddin oğlu 1994-cü il 7 avqust tarixində Salyan rayonunda anadan olub. İsfəndiyar Həsənov adına Sar...
Muzey əməkdaşı beynəlxalq gənclər konfransında iştirak edib
MATM-nin əməkdaşı Şəfa Mövsümov Pakistanın İslamabad Münaqişə Həlli İnstitutunun (İslamabad İnstitute of Conflict Resolution) təşkilatçılığı ilə keç...
Muzeydə Lütfi Zadə irsi təbliğ edilir
Bu gün dünya şöhrətli alim, qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, AMEA-nın fəxri üzvü, professor Lütfi Zadənin 100 illiyi tamam olur. Yanvarın 25-...
Hörmətli izləyicilər!
Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə qüdrətli ordumuzun qazandığı şanlı qələbə qəhrəman şəhid...
Fevralın 2-də AMEA Yüksək Texnologiyalar Parkında (YT Park) “İnkubator və Texnologiya Transferi Mərkəzi”nin təqdimatına həsr olunmuş tədbir keçirilib
Tədbirdə AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Emin Dadaşov “Müasir muzeylərdə yüksək texnologiyaların tətbiqi (...
Hörmətli izləyicilər! Sizə Milli Azərbaycan Tarixi Muzeyinin Baş mütəxəssisi Aynur Babayevanın hazırladığı “Qarabağın general qubernatoru – Xosrov bəy Sultanov” adlı məqaləni təqdim edirik.
AXC-nin qurulması Qarabağın tarixində də mühüm hadisə olmuşdur. 1918-ci ilin mayında Şimali Azərbaycan özünün dövlət müstəqilliyini elan etdikdən sonr...