XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
24 Yanvar, 2018
Muzeyin 100 illiyi ilə əlaqədar tədbirlər planı müzakirə edilib
Milli Azərbaycan Tarixi Muzeyində Muzeyin 2020-ci ildə baş tutacaq 100 illik yubileyi ilə əlaqədar mühazirə keçirilmişdir. Muzeyin Elmi ekspozisiya və sərgilərin təşkili şöbəsinin müdiri, t.ü.f.d Səbuhi Əhmədov “Yubiley muzey nəşrləri təcrübəsindən (Luvr muzeyinin 200 illik və Dövlət Ermitajının 250 illik yubiley nəşrləri əsasında)” mövzusunda çıxış etmişdir. Çıxış zamanı slayd-filmə baxılmış, müvafiq kitab və bukletlər nümayiş olunmuşdur. Belə ki, Muzeyin 100 illiyi ilə əlaqədar tədbirlər planı çərçivəsində Muzey tərəfindən müxtəlif nəşrlərin çapı nəzərdə tutulur. Bu baxımdan dünya təcrübəsi öyrənilir, üzərində iş gedən nəşrlərin müasir muzeyşünaslıq tələblərinə uyğun olması istiqamətində əməli tədbirlər görülür.