XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
24 Yanvar, 2018
Muzey əməkdaşı zərgərlik sənətinə həsr olunmuş elmi seminarda çıxış edib
Milli Azərbaycan Tarixi Muzeyinin Xüsusi fondunun müdiri, t.ü.f.d. Afət Rüstəmbəyova Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunda “Azərbaycan və Çinin zərgərlik ənənələri: İpək yolu üzərində mədəniyyətlərarası dialoq” mövzusunda elmi seminarda iştirak edib. Açılış nitqi ilə çıxış edən Konfutsi İnstitutunun direktoru, professor Rafiq Abbasov qeyd edib ki, 5000 ildən artıq yaşı olan Çin zərgərlik sənəti zərgərlik texnikasının unikallığı, milli ənənələri, eyni zamanda Çin fəlsəfəsini ifadə edən bəzək əşyalarının materialı və rəngləri arasındakı uyğunluq və harmoniyaya görə seçilir. Seminarda çıxış edən A.Rüstəmbəyova fondun qızıl və gümüşdən hazırlanmış nadir boyun və sinə bəzəkləri, qadın toqqa və kəmərləri kimi milli qadın bəzək əşyalarından ibarət olan unikal kolleksiyasından söz açıb. A.Rüstəmbəyova həmçinin Bakı, Gəncə, Şamaxı, Şuşa, Şəki və Naxçıvan şəhərlərində tarixi zərgərlik barədə danışıb, sənətkarlıq mərkəzlərində azərbaycanlı ustalar tərəfindən zərgərlik texnikasının təkmilləşdirildiyini qeyd edib.