XƏBƏRLƏR
26 Yanvar, 2018
Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı Fövqəladə və səlahiyyətli səfiri cənab Erkan Özoral səlahiyyətli nümayəndəsi ilə Milli Azərbaycan Tarixi Muzeyini ziyarət edib
Milli Azərbaycan Tarixi Muzeyi daim xarici qonaqları özünə cəlb edir. Belə ki, bu gün Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli səfiri cənab Erkan Özoral öz səlahiyyətli nümayəndəsi ilə Muzeyi ziyarət edib. Qonaqları Muzeyin direktoru, akademik Nailə Vəlixanlı qarşılayaraq onları Muzeydə görməkdən məmnun olduğunu bildirib. Görüşdə səfirin köməkçisi cənab Volkan Öskiper, Muzeyin elmi fond işləri üzrə direktor müavini, t.ü.f.d. Məhfuzə Zeynalova, Muzeyin elmi katibi, t.ü.f.d. Fərhad Cabbarov, Elmi ekspozisiya və sərgilərin təşkili şöbəsinin müdiri, t.ü.f.d. Səbuhi Əhmədov da iştirak ediblər.
Söhbət zamanı Muzeyin Türkiyə ilə elmi-mədəni əlaqələri, gələcək qarşılıqlı əməkdaşlıq məsələləri haqqında danışılıb. Türkiyəli qonaqlar Muzeyin nəşrləri – kataloqları, bukletləri ilə tanış olublar. Cənab Erkan Özoral Qafqaz İslam Ordusunun tarixi ilə xüsusi maraqlandığını bildirib. 2018-ci ildə Qafqaz İslam Ordusunun və 2020-ci ildə Muzeyin 100 illiyi ilə əlaqədar Muzeylə birgə tədbirlər, simpoziumun keçirilməsi planları müzakirə olunub.
Sonra qonaqlar Muzeyin ekspozisiya zalları ilə, həmçinin Azərbaycan Xalq Cümhuriyyəti bölməsi və Qafqaz İslam Ordusunun xəritəsi ilə yaxından tanış olublar.
Sonda akad. Nailə Vəlixanlı cənab səfir Erkan Özorala Muzeyin incisi - Hacı Zeynalabdin Tağıyevin foto-albomunu hədiyyə edib.
I Qarabağ müharibəsi şəhidinin materialları Muzeyə verilib
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.
Muzey əməkdaşı Beynəlxalq Təhsil Kompleksi IB-nın şagirdlərinə mühazirə deyib
Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşı Qənirə Qafarlı Bakı Beynəlxalq Təhsil Kompleksi IB-nın 4-cü sinif şagirdlərinə mühazirə deyib. Mühazirə Bak...
Muzeyə Qarabağ şəhidinin materialları daxil olub
II Qarabağ müharibəsinin şəhidi Əzizli Tacəddin Şahəddin oğlu 1994-cü il 7 avqust tarixində Salyan rayonunda anadan olub. İsfəndiyar Həsənov adına Sar...
Muzey əməkdaşı beynəlxalq gənclər konfransında iştirak edib
MATM-nin əməkdaşı Şəfa Mövsümov Pakistanın İslamabad Münaqişə Həlli İnstitutunun (İslamabad İnstitute of Conflict Resolution) təşkilatçılığı ilə keç...
Muzeydə Lütfi Zadə irsi təbliğ edilir
Bu gün dünya şöhrətli alim, qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, AMEA-nın fəxri üzvü, professor Lütfi Zadənin 100 illiyi tamam olur. Yanvarın 25-...
Hörmətli izləyicilər!
Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə qüdrətli ordumuzun qazandığı şanlı qələbə qəhrəman şəhid...
Fevralın 2-də AMEA Yüksək Texnologiyalar Parkında (YT Park) “İnkubator və Texnologiya Transferi Mərkəzi”nin təqdimatına həsr olunmuş tədbir keçirilib
Tədbirdə AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Emin Dadaşov “Müasir muzeylərdə yüksək texnologiyaların tətbiqi (...
Hörmətli izləyicilər! Sizə Milli Azərbaycan Tarixi Muzeyinin Baş mütəxəssisi Aynur Babayevanın hazırladığı “Qarabağın general qubernatoru – Xosrov bəy Sultanov” adlı məqaləni təqdim edirik.
AXC-nin qurulması Qarabağın tarixində də mühüm hadisə olmuşdur. 1918-ci ilin mayında Şimali Azərbaycan özünün dövlət müstəqilliyini elan etdikdən sonr...