XƏBƏRLƏR
26 Yanvar, 2018
Muzeydə “M.Ə.Rəsulzadənin yaradıcılığında milli-mənəvi dəyərlərə baxış ” mövzusunda seminar keçirildi
Milli Azərbaycan Tarixi Muzeyində (MATM) Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamlarına uyğun olaraq Bilik Fondu ilə birgə milli-mədəni, maarifçilik mövzularında mütəmadi seminarlar təşkil edilir. Növbəti belə seminar Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2018-ci ili “AXC-nin 100 illiyi” elan edən Sərəncamı münasibətilə keçirildi.
Tədbir “M.Ə.Rəsulzadənin yaradıcılığında milli-mənəvi dəyərlərə baxış” mövzusunda baş tutdu. Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsindən sonra Muzeyin elmi işçisi Əli Fərhadov giriş sözü ilə seminarı açdı və cənab İlham Əliyevin müvafiq Sərəncamının əhəmiyyətindən bəhs etdi. Daha sonra Seminarda Azərbaycan Respublikası Bilik Fondunun məsləhətçisi Sevinc Babayeva çıxış edərək Bilik Fondunun elmi-kütləvi tədbirlərin keçirilməsindəki rolundan danışdı.
Sonra Muzeyin elmi işçisi, t.ü.f.d. Fuad Ağayev “AXC Ordusunda qeyri-azərbaycanlılar” mövzusunda məruzə oxudu və Qafqaz İslam Ordusunun, AXC Ordusundakı qeyri-azərbaycanlıların milli istiqlalımızdakı rolunu izah etdi.
Daha sonra Muzeyin elmi işçisi Əli Fərhadov “M.Ə.Rəsulzadənin yaradıcılığında milli-mənəvi dəyərlərə baxış” mövzusunda çıxış etdi, M.Ə.Rəsulzadənin milli-mədəni quruculuqda və Azərbaycançılıq ideologiyasının inkişafındakı rolundan danışdı.
Ən son Səbail rayonu H.Mahmudbəyov adına 2 saylı Texniki-Humanitar Elmlər Liseyinin tarix müəllimi Sevil Nəsibova çıxış etdi. Çıxışlarda görkəmli ictimai-siyasi xadim, AXC-nin qurucusu və baş ideoloqu M.Ə.Rəsulzadənin milli, siyasi maarifçilik sahəsindəki fəaliyyəti, mənəvi dəyərlərə baxışı, yaradıcılığı haqqında geniş məlumat verildi.
Tədbirdə Səbail rayonu H.Mahmudbəyov adına 2 saylı Texniki-Humanitar Elmlər Liseyinin yuxarı sinif şagirdləri də iştirak etdi. İştirakçıların sualları məruzəçilər tərəfindən ətraflı cavablandırıldı.
I Qarabağ müharibəsi şəhidinin materialları Muzeyə verilib
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.
Muzey əməkdaşı Beynəlxalq Təhsil Kompleksi IB-nın şagirdlərinə mühazirə deyib
Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşı Qənirə Qafarlı Bakı Beynəlxalq Təhsil Kompleksi IB-nın 4-cü sinif şagirdlərinə mühazirə deyib. Mühazirə Bak...
Muzeyə Qarabağ şəhidinin materialları daxil olub
II Qarabağ müharibəsinin şəhidi Əzizli Tacəddin Şahəddin oğlu 1994-cü il 7 avqust tarixində Salyan rayonunda anadan olub. İsfəndiyar Həsənov adına Sar...
Muzey əməkdaşı beynəlxalq gənclər konfransında iştirak edib
MATM-nin əməkdaşı Şəfa Mövsümov Pakistanın İslamabad Münaqişə Həlli İnstitutunun (İslamabad İnstitute of Conflict Resolution) təşkilatçılığı ilə keç...
Muzeydə Lütfi Zadə irsi təbliğ edilir
Bu gün dünya şöhrətli alim, qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, AMEA-nın fəxri üzvü, professor Lütfi Zadənin 100 illiyi tamam olur. Yanvarın 25-...
Hörmətli izləyicilər!
Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə qüdrətli ordumuzun qazandığı şanlı qələbə qəhrəman şəhid...
Fevralın 2-də AMEA Yüksək Texnologiyalar Parkında (YT Park) “İnkubator və Texnologiya Transferi Mərkəzi”nin təqdimatına həsr olunmuş tədbir keçirilib
Tədbirdə AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Emin Dadaşov “Müasir muzeylərdə yüksək texnologiyaların tətbiqi (...
Hörmətli izləyicilər! Sizə Milli Azərbaycan Tarixi Muzeyinin Baş mütəxəssisi Aynur Babayevanın hazırladığı “Qarabağın general qubernatoru – Xosrov bəy Sultanov” adlı məqaləni təqdim edirik.
AXC-nin qurulması Qarabağın tarixində də mühüm hadisə olmuşdur. 1918-ci ilin mayında Şimali Azərbaycan özünün dövlət müstəqilliyini elan etdikdən sonr...