XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
29 Yanvar, 2018
Muzey əməkdaşı tərəfindən müəllimlər üçün seminar keçirildi
Milli Azərbaycan Tarix Muzeyinin əməkdaşları müntəzəm olaraq muzeydənkənar elmi-kütləvi tədbirlərdə aktiv iştirak edirlər. Belə ki, Texniki-Humanitar liseydə tarix fənninin başqa fənlərlə inteqrasiyası (muzey eksponatları əsasında) layihəsi çərçivəsində seminar keçirildi. “Əhatəli öyrənək, öyrədə bilək” mövzusunda təşkil edilən tədbirdə Muzeyin aparıcı elmi işçisi, memarlıq üzrə fəlsəfə doktoru Nardanə Yusifova və meneceri Kübra Dadaşova iştirak ediblər. Fənlərarası-fənlərüstü inteqrasiyaya həsr olunan seminar diskussiya şəklində aparıldı. İştirakçı müəllimləri maraqlandıran sualları Nardanə Yusifova ətraflı şəkildə cavablandırdı. Lisey direktoru Səidə Zeynalovanın təklifi ilə yaxın vaxtlarda lisey və Muzeyin birgə əməkdaşlığı ilə yeni layihələr də həyata keçiriləcək.