XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
30 Yanvar, 2018
Muzeydə “2 fevral – Azərbaycan Gənclər Günü”nə həsr olunmuş tədbir keçirildi
Milli Azərbaycan Tarixi Muzeyinin Gənc Alim və Mütəxəssislər Şurası YAP “Azərbaycan tarixçiləri” ilk ərazi təşkilatı ilə birgə “2 fevral – Azərbaycan Gənclər Günü”nə həsr olunmuş tədbir keçirib. Tədbirdə AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının sədri, fizika üzrə fəlsəfə doktoru Famin Salmanov, Bakı şəhəri Gənclər və İdman Baş İdarəsinin şöbə müdiri Gündüz Vəliyev, Muzeyin gənc alimləri və KİV nümayəndələri iştirak ediblər. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Tədbiri Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı açaraq, gələn qonaqları salamladı. Nailə xanım bildirdi ki, gənclər tarixin bütün dövrlərində inkişafın hərəkətverici qüvvəsi olub. Onların gücündən səmərəli istifadə olunanda ölkə tərəqqi edir, insanların həyata baxışı təzələnir. Həmçinin dövlət idarəçiliyinin, iqtisadiyatın, mədəniyətin inkişafına rəvac verən mühüm işlər görülür. Ölkədə gənclərə qayğı gündən-günə artır. Onlara etimad göstərilməyə, məsul vəzifələrdə çalışmalarına şərait və imkan yaradılır. AMEA-da da gənc alimlərə xüsusi diqqət göstərilir. Onların yaşayış səviyələrinin yaxşılaşdırılması, elmi fəaliyətlərinin qiymətləndirilməsi ilə bağlı müəyən tədbirlər həyata keçirilir. Sonra AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının sədri Famin Salmanov öz çıxışında qeyd etdi ki, hazırda, dövlətin həyata keçirdiyi gənclər siyasəti nəticəsində Azərbaycanın gənc alimləri də elmi-ictimai həyatın bütün sferalarında aktiv fəaliyəti ilə seçilir. Elmi-mədəni, siyasi, iqtisadi, humanitar və digər tədbirlərin reallaşmasında mühüm rol oynayır. Dövlətin yaratdığı geniş imkanlar nəticəsində, gənc alimlərimiz cəmiyətin avanqard qüvvəsinə çevrilib. F.Salmanov bu ildə AMEA-nın dəstəyi ilə gənc alimlərlə birgə gördüyü işləri iştirakçıların nəzərinə çatdırdı. Daha sonra tədbirdə iştirak edən natiqlər “2 fevral – Azərbaycan Gənclər Günü” ilə bağlı çıxışlar etdilər. Gənc alimlərə gələcək işlərində müvəffəqiyətlər arzuladılar. Sonda Muzeyin elmi və səmərəli fəaliyətinə görə fərqlənmiş və yaşı 35-ə qədər olan gənc alimlər fəxri fərmanlarla təltif olundu. Tədbir musiqi nömrələrindən ibarət bədii hissə ilə davam etmişdir. Muzey kollektivi adından təltif olunmuş əməkdaşlarımızı təbrik edir, gələcək fəaliyətlərində uğurlar arzulayırıq.