XƏBƏRLƏR
02 Fevral, 2018
Muzeydə yeni klub fəaliyyətə başlayır
AMEA Milli Azərbaycan Tarixi Muzeyində bir sıra klublar fəaliyyət göstərir və gənc nəslin tarixi baxımdan maariflənməsində, Muzeyin təbliğində fəal xidmət göstərirlər.
Bu günlərdə Muzeydə növbəti klub yaradılmışdır. Muzeyin Arxeologiya elmi fond şöbəsinin nəzdində “Arxeo” adlı yeni klub fəaliyyətə başlamışdır. Klubun adı nəzdində fəaliyyət göstərdiyi şöbənin adından, yəni “Arxeologiya”dan götürülüb. Klubun yaradılmasında əsas məqsəd orta məktəb şagirdlərinə və gənc nəslin digər nümayəndələrinə milli-mənəvi dəyərlərimizi daha da sevdirməkdir. Həmçinin xalqımızın qədim tarixi və zəngin mədəniyyəti ilə bağlı biliklərini dərinləşdirmək, arxeoloji irsin qorunması və öyrənilməsi kimi mütərəqqi bacarıqları aşılamaqdır. Eləcə də onların arxeoloji abidələrimiz və maddi mədəniyyət nümunələrimizlə bağlı mövcud təsəvvürlərini genişləndirməkdir. Klubun vəzifələri isə elmi seminarların və sərgilərin keçirilməsi, arxeoloji abidələrə və digər tarix-mədəniyyət obyektlərinə ekskursiyaların aparılmasıdır. Eyni zamanda bilik yarışmalarının və müsabiqələrin, tanınmış tarixçi, arxeoloq və digər elm xadimləri ilə görüşlərin təşkili, eləcə də əlamətdar tarixi hadisələrin qeyd olunmasıdır. Klubun yaradılmasının təşəbbüskarı və rəhbəri Arxeologiya elmi fond şöbəsinin əməkdaşı Esmira Rəhimovadır. Muzey kollektivi adından kluba öz fəaliyyətində uğurlar arzulayırıq.
I Qarabağ müharibəsi şəhidinin materialları Muzeyə verilib
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.
Muzey əməkdaşı Beynəlxalq Təhsil Kompleksi IB-nın şagirdlərinə mühazirə deyib
Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşı Qənirə Qafarlı Bakı Beynəlxalq Təhsil Kompleksi IB-nın 4-cü sinif şagirdlərinə mühazirə deyib. Mühazirə Bak...
Muzeyə Qarabağ şəhidinin materialları daxil olub
II Qarabağ müharibəsinin şəhidi Əzizli Tacəddin Şahəddin oğlu 1994-cü il 7 avqust tarixində Salyan rayonunda anadan olub. İsfəndiyar Həsənov adına Sar...
Muzey əməkdaşı beynəlxalq gənclər konfransında iştirak edib
MATM-nin əməkdaşı Şəfa Mövsümov Pakistanın İslamabad Münaqişə Həlli İnstitutunun (İslamabad İnstitute of Conflict Resolution) təşkilatçılığı ilə keç...
Muzeydə Lütfi Zadə irsi təbliğ edilir
Bu gün dünya şöhrətli alim, qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, AMEA-nın fəxri üzvü, professor Lütfi Zadənin 100 illiyi tamam olur. Yanvarın 25-...
Hörmətli izləyicilər!
Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə qüdrətli ordumuzun qazandığı şanlı qələbə qəhrəman şəhid...
Fevralın 2-də AMEA Yüksək Texnologiyalar Parkında (YT Park) “İnkubator və Texnologiya Transferi Mərkəzi”nin təqdimatına həsr olunmuş tədbir keçirilib
Tədbirdə AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Emin Dadaşov “Müasir muzeylərdə yüksək texnologiyaların tətbiqi (...
Hörmətli izləyicilər! Sizə Milli Azərbaycan Tarixi Muzeyinin Baş mütəxəssisi Aynur Babayevanın hazırladığı “Qarabağın general qubernatoru – Xosrov bəy Sultanov” adlı məqaləni təqdim edirik.
AXC-nin qurulması Qarabağın tarixində də mühüm hadisə olmuşdur. 1918-ci ilin mayında Şimali Azərbaycan özünün dövlət müstəqilliyini elan etdikdən sonr...