XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
05 Fevral, 2018
“İrs-Наследие” beynəlxalq jurnalında “1918-ci il mart soyqırımı belorus əsilli fotoqrafın gözü ilə” adlı məqalə çap olunub
Rus dilində çap olunan “İrs-Наследие” beynəlxalq jurnalının növbəti (“İrs-Heritage”, 1 (91), 2018, s. 14-20) buraxılışında muzeyin əməkdaşı, elmi işçi Emin Dadşovun “1918-ci il mart soyqırımı belorus əsilli fotoqrafın gözü ilə” adlı məqaləsi dərc olunub. Məqalədə Fövqəladə Təhqiqat Komissiyasının ekspert-fotoqrafı – Lev Urbanoviç Daşkeviç tərəfindən çəkilmiş fotoşəkillərdə bolşevik-erməni silahlı dəstələrinin Şamaxı, Göyçay və Cavad qəzasında törətdiyi qətliam, talan və dağıntıların miqyası haqqında oxucuya məlumat verilir. Soyqırımın birbaşa baş verdiyi ərazilərdə çəkilmiş fotoşəkillərin arxa hissəsində FTK-nın möhürünün, komissiya üzvünün və ekspert-fotoqrafın imzasının olması bu mənbələrin etibarlılığını bir daha təsdiqləyir. Məqalənin tam mətni ilə keçid “https://goo.gl/fKy36x” vasitəsilə tanış olmaq olar.