XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
06 Fevral, 2018
Tarixi eksponatlara ikinci həyat verildi
Milli Azərbaycan Tarixi Muzeyində qədim və zəngin tariximizin əyani sübutu olaraq mühafizə olunan eksponatlar zamanın təsirindən öz görkəmini itirib, korroziyaya məruz qalır. Bu səbəbdən Muzey eksponatların bərpa və restavrasiya işlərini uğurla həyata keçirir. Muzeydə Azərbaycan məişətini əks etdirən mis qablar - aşsüzən, kəfkir, sərpuş və s. təzəliklə bərpa olunub əvvəlki görkəminə qaytarılıb. Korroziyaya uğramış eksponatlar Muzeyin bərpaçısı Əjdar Qafarov tərəfindən bərpa edilib. Tarixi əhəmiyyətli bu etnoqrafik materiallar bərpadan sonra Etnoqrafiya fonduna təhvil verilib. Qeyd edək ki, XVIII əsrin sonu – XIX əsrin əvvəlinə aid olan eksponatlar Azərbaycanın etnoqrafiya tarixinin tədqiqi baxımından böyük əhəmiyyətə malikdir və öz tədqiqatçılarını gözləyir.