XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
12 Fevral, 2018
Muzey yeni sikkələr əldə etmişdir
Milli Azərbaycan Tarixi Muzeyi daim yeni materiallarla öz kolleksiyasını zənginləşdirir. Belə ki, Muzeyə yeni sikkələr daxil olmuşdur. Təbriz, Van, Amid (Diyarbəkir), Ərzincan zərbxanalarının istehsalı olan gümüş təngələr Ağqoyunlu hökmdarları – Uzun Həsən (1453 - 1477), Yaqub (1478 - 1490), Rüstəm (1491 - 1496), Məhəmməd (1497 - 1499) və Əlvənd (1497 - 1504) adından zərb edilmişdir. Ağqoyunluların sikkə zərbi və pul dövriyyəsinin tədqiqində önəmli vasitə olan bu sikkələr hazırda Muzeyin Numizmatika Fondunda qorunur. Sikkələr Ağqoyunlu tarixinin öyrənilməsində mühüm əhəmiyyətə malikdir və öz tədqiqatçılarını gözləyir.