XƏBƏRLƏR
23 Fevral, 2018
Muzeydə - antik gümüş bilərziklər
Milli Azərbaycan Tarixi Muzeyinin Arxeologiya və Xüsusi fondlarında qiymətli arxeoloji metallar qorunub saxlanılır. Bunların arasında antik zərgərlik məmulatları - ilanbaşı bilərziklər xüsusi yer tutur. Gümüş və tuncdan olan ilanbaşlı bilərziklər e.ə.V – b.e. I əsrlərinə aid olub Azərbaycan ərazisində aparılan arxeoloji qazıntılar zamanı Mingəçevirdən aşkarlanmışdır.
Hələ tunc dövründən geniş yayılmış sonluq formaları kimi sırğa, boyunbağı və bilərziklər zərgərlər tərəfindən geniş istifadə olunurdu. Bu motivin zinət əşyalarında geniş vüsət tapması əcdadlarımızın qədim inancı - ilana sitayişi təcəssüm etdir.
Muzeyin Xüsusi Fondunun müdiri, t.ü.f.d. Afət Rüstəmbəyovanın qeyd etdiyinə görə, ilan ağıl, müdriklik və digər müsbət keyfiyyətləri təcəssüm etdirir, zəhərinin təsirinə görə fövqəltəbii qüvvə kimi qəbul olunurdu. İlana sitayişi indiyədək şifahi xalq yaradıcılığında - nağıllarda, əfsanələrdə, əsatirlərdə, toponimlərdə, arxeoloji və tarixi abidələr üzərindəki təsvirlərdə rast gəlmək mümkündür.
Muzey fondlarında qorunan bu bilərziklər Azərbaycan etnoqrafiyasının tədqiqi baxımından da əhəmiyyətlidir və öz tədqiqatçılarını gözləyir.
I Qarabağ müharibəsi şəhidinin materialları Muzeyə verilib
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.
Muzey əməkdaşı Beynəlxalq Təhsil Kompleksi IB-nın şagirdlərinə mühazirə deyib
Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşı Qənirə Qafarlı Bakı Beynəlxalq Təhsil Kompleksi IB-nın 4-cü sinif şagirdlərinə mühazirə deyib. Mühazirə Bak...
Muzeyə Qarabağ şəhidinin materialları daxil olub
II Qarabağ müharibəsinin şəhidi Əzizli Tacəddin Şahəddin oğlu 1994-cü il 7 avqust tarixində Salyan rayonunda anadan olub. İsfəndiyar Həsənov adına Sar...
Muzey əməkdaşı beynəlxalq gənclər konfransında iştirak edib
MATM-nin əməkdaşı Şəfa Mövsümov Pakistanın İslamabad Münaqişə Həlli İnstitutunun (İslamabad İnstitute of Conflict Resolution) təşkilatçılığı ilə keç...
Muzeydə Lütfi Zadə irsi təbliğ edilir
Bu gün dünya şöhrətli alim, qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, AMEA-nın fəxri üzvü, professor Lütfi Zadənin 100 illiyi tamam olur. Yanvarın 25-...
Hörmətli izləyicilər!
Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə qüdrətli ordumuzun qazandığı şanlı qələbə qəhrəman şəhid...
Fevralın 2-də AMEA Yüksək Texnologiyalar Parkında (YT Park) “İnkubator və Texnologiya Transferi Mərkəzi”nin təqdimatına həsr olunmuş tədbir keçirilib
Tədbirdə AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Emin Dadaşov “Müasir muzeylərdə yüksək texnologiyaların tətbiqi (...
Hörmətli izləyicilər! Sizə Milli Azərbaycan Tarixi Muzeyinin Baş mütəxəssisi Aynur Babayevanın hazırladığı “Qarabağın general qubernatoru – Xosrov bəy Sultanov” adlı məqaləni təqdim edirik.
AXC-nin qurulması Qarabağın tarixində də mühüm hadisə olmuşdur. 1918-ci ilin mayında Şimali Azərbaycan özünün dövlət müstəqilliyini elan etdikdən sonr...