XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
26 Fevral, 2018
“Muzeylərimizi tanıyaq və tanıtdıraq“ layihəsi üzrə iş davam edir
Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları daim muzey işinin təbliği ilə məşğul olurlar. Belə ki, Muzeyin Xarici əlaqələr və elmi-kütləvi iş şöbəsinin elmi işçisi Sahibə Ələkbərova rəhbərlik etdiyi “ Gənc muzeyşünaslar və muzeysevərlər klubu”nun üzvləri üçün “Erməni vandalizminin iç üzü” adlı daimi fotosərgiyə eskskursiya təşkil etmişdir. Xocalı soyqırımının 26- cı il dönümü əlaqədar faciə qurbanlarının xatirəsini yad etmək üçün Bakı şəhəri, Nəsimi rayonunda təşkil olunan fotosərgi 2013-cü ildə “Həqiqət” Tarixi Araşdırmalar İctimai Birliyinin sədri, Qarabağ qazisi Əlövsət Qasımov tərəfindən yaradılmışdır. Ə.Qasımov erməni əsirliyində hesab edilən, itgin düşdüyü güman olunan şəhidlərimizi döyüş meydanlarından çıxararaq, şəxsiyyətlərini müəyyən etmişdir. Onlardan 950 şəhidin nəşi məhz Ə.Qasımovun təşkilatçılığı ilə ailələrinə göndərilmişdir. O, eləcədə erməni terroristləri tərəfindən tanınmaz hala salınmış, başı kəsilərək min bir işgəncəyə məruz qalmış şəhidlərimizin hər birinin fotoşəkilini çəkərək, erməni vandalizmini ifşa edən çox qiymətli fotosalnamə yaratmışdır. Ə.Qasımovun fotosərgidə nümayiş olunan şəhid fotoları haqqında verdiyi məlumatlar gənc muzeyşünaslarda düşmənə nifrət, vətənə xidmət, xalqımıza məhəbbət hislərini daha da gücləndirmişdir. Xocalı faciəsinin canlı şahidi olan Ə.Qasımov tələbələrin suallarını ətraflı cavablandırmışdır. Onun yaratmış olduğu şəhid fotolarından ibarət olan bu fotosərgiyə ekskursiya, gənc muzeyşünaslarda yüksək təəssüratlar yaratmış, onların bu peşəyə marağını daha da artırmışdır. Qeyd edək ki, müxtəlif profilli muzeylərə belə ekskursiyaların təşkili gələcəkdə də nəzərdə tutulmuşdur.