XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
01 Mart, 2018
“AMEA Xəbərləri (ictimai elmlər seriyası)” jurnalının nın xüsusi buraxılışı işıq üzü görüb
“Azərbaycan Milli Elmlər Akademiyasının Xəbərləri (ictimai elmlər seriyası)” jurnalının (№ 1, 2018. Bakı, “ELM” nəşriyyatı. S. 262) xüsusi buraxılışı çapdan çıxıb. Jurnal Prezident İlham Əliyevin sərəncamına əsasən Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunub. Xüsusi buraxılışda 20-dən çox yerli və xarici alim və müstəqil tədqiqatçıların Cümhuriyyət tarixi ilə bağlı məqalələri dərc olunub. Azərbaycan, Fransa, Rusiya, Türkiyə alimlərinin araşdırmalarında müstəqillik ərəfəsində Azərbaycanda daxili və xarici vəziyyət, Cümhuriyyətin elan olunması, Cümhuriyyət dövrünün hərbi-siyasi, sosial-iqtisadi məsələləri, milli hökumətin xarici siyasəti və s. problemlərə toxunulub, yeni arxiv mənbələri elmi dövriyyəyə gətirilib. Jurnalda Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları - t.ü.f.d. Fərhad Cabbarovun “Cümhuriyyətin iqtisadi siyasətinin bəzi məsələlərinə dair”, t.ü.f.d. Səbuhi Əhmədovun «Применение метода «эшелонной войны» в боевых действиях на территории Азербайджана в 1918 году», Emin Dadaşovun “1918-ci il mart hadisələri zamanı Bakı şəhərində dağıdılmış ictimai binaların əks olunduğu fotokolleksiya (Milli Azərbaycan Tarixi Muzeyinin materialları əsasında)” adlı məqalələri də yer almışdır.