XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
11 Mart, 2016
Muzeydə yeni arxeoloji eksponat – ornamentli kaşı

Bakı şəhər Nərimanov rayonu 200 saylı orta məktəbin şagirdləri tərəfindən Füzuli rayonu Babı-Arayatılı kəndinin qəbiristanlığı ərazisindən XIII əsrə aid saxsı qab hissələri və füruzəyi, tünd göy rəngli kaşı aşkar edilmişdir.


Məktəbin İngilis dili müəlliməsi Məhərrəmzadə Lalə və şagirdlər Mehdiyev Əli, Məmmədli Süleyman, Qarayev Samir yeni taprıntıları muzeyə hədiyyə etmişlər. Milli Azərbaycan Tarixi Muzeyinin “Arxeologiya” elmi fond şöbəsinin müdiri t.ü.f.d. Nasir Quluzadə tapıntılar haqqında daha ətraflı məlumat verərək, şöbə əməkdaşlarının həmin bölgədə qazıntılar zamanı bir neçə belə dəyərli eksponatlar aşkarladıqlarını vurğuladı.

Təbii ki, müxtəlif şəxslər tərəfindən muzeyə belə dəyərli eksponatlar təqdim olunur. Bu dəfə belə eksponatların müəllimənin şagirdlərlə birlikdə təqdim etmələri, gənclərə tariximizi, mədəniyyətimizi əyani olaraq sevdirməyin bir yoludur.

Fotoşəkillərə burada baxa bilərsiniz:  

https://www.facebook.com/TheNationalMuseumOfHistoryOfAzerbaijan/