XƏBƏRLƏR
14 Mart, 2018
Muzeyin ekspozisiyasında yeni antik zinət əşyaları nümayiş olunur
Milli Azərbaycan Tarixi Muzeyinin ekspozisiyası daim təkmilləşdirilir. Belə ki, bu yaxınlarda Muzeyin Qədim və orta əsrlər dövrü ekspozisiyasının “Azərbayacan ərazisində gümüş və qızıl arxeoloji tapıntılar” adlı bölməsi reekspozisiya olunub ziyarətçilərin ixtiyarına verilib.
Muzeyin Xüsusi Fondunun müdiri, t.ü.f.d Afət Rüstəmbəyova bildirib ki, bu bölmədə son illər arxeoloqlar tərəfindən Azərbaycanda aşkarlanıb Muzeyə təqdim olunan 34 ədəd yeni antik eksponat nümayiş olunur. Bu qızıl əşyalar e.ə. IV minillikdən e. XVIII əsrinə qədərki dövrü əhatə edir. Bunlardan Dəmirçilər arxeoloji kompleksindən tapılmış e. II-IV əsrlərinə aid qızıl və gümüş zinət əşyaları, Kərmədil nekropolundan tapılmış e. II-IV əsrlərə aid qızıl sırğalar, Qəbələ ərazisindən əldə olunan e.ə. I əsr – e. X əsrlərini əhatə edən qızıl Kolxida sikkəsi, e.ə. III minilliyə aid Tovuzdan tapılmış qızıl zinət əşyaları, Ağstafa bölgəsinə məxsus e.ə. III minilliyə aid böcək formalı qızıl asma və b. unikal antik qızıl zərgərlik məmulatları vitrində yerləşdirilib. Bu qiymətli metallar Azərbaycanda zərgərlik sənətinin inkişafı və sənətdə ənənəviliyin minilliklərlə qorunub saxlanması haqqında qiymətli mənbələrdir. Vitrində sxem üzrə Azərbaycanın iqtisadi və maddi-mənəvi inkişafı ilə bərabər, ticari əlaqələri də aydın izlənilir.
I Qarabağ müharibəsi şəhidinin materialları Muzeyə verilib
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.
Muzey əməkdaşı Beynəlxalq Təhsil Kompleksi IB-nın şagirdlərinə mühazirə deyib
Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşı Qənirə Qafarlı Bakı Beynəlxalq Təhsil Kompleksi IB-nın 4-cü sinif şagirdlərinə mühazirə deyib. Mühazirə Bak...
Muzeyə Qarabağ şəhidinin materialları daxil olub
II Qarabağ müharibəsinin şəhidi Əzizli Tacəddin Şahəddin oğlu 1994-cü il 7 avqust tarixində Salyan rayonunda anadan olub. İsfəndiyar Həsənov adına Sar...
Muzey əməkdaşı beynəlxalq gənclər konfransında iştirak edib
MATM-nin əməkdaşı Şəfa Mövsümov Pakistanın İslamabad Münaqişə Həlli İnstitutunun (İslamabad İnstitute of Conflict Resolution) təşkilatçılığı ilə keç...
Muzeydə Lütfi Zadə irsi təbliğ edilir
Bu gün dünya şöhrətli alim, qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, AMEA-nın fəxri üzvü, professor Lütfi Zadənin 100 illiyi tamam olur. Yanvarın 25-...
Hörmətli izləyicilər!
Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə qüdrətli ordumuzun qazandığı şanlı qələbə qəhrəman şəhid...
Fevralın 2-də AMEA Yüksək Texnologiyalar Parkında (YT Park) “İnkubator və Texnologiya Transferi Mərkəzi”nin təqdimatına həsr olunmuş tədbir keçirilib
Tədbirdə AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Emin Dadaşov “Müasir muzeylərdə yüksək texnologiyaların tətbiqi (...
Hörmətli izləyicilər! Sizə Milli Azərbaycan Tarixi Muzeyinin Baş mütəxəssisi Aynur Babayevanın hazırladığı “Qarabağın general qubernatoru – Xosrov bəy Sultanov” adlı məqaləni təqdim edirik.
AXC-nin qurulması Qarabağın tarixində də mühüm hadisə olmuşdur. 1918-ci ilin mayında Şimali Azərbaycan özünün dövlət müstəqilliyini elan etdikdən sonr...