XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
15 Mart, 2018
Muzeydə “Elmdə şəbəkələşmə və təqaüd proqramları” mövzusunda tədbir keçirilib
Milli Azərbaycan Tarixi Muzeyində mütəmadi olaraq maarifləndirici təlimlər keçirilir. Muzeyin Xarici əlaqələr və elmi-kütləvi iş şöbəsinin təşkilatçılığı ilə “Elmdə şəbəkələşmə və təqaüd proqramları” mövzusunda təlim təşkil olunmuşdur. Tədbirdə çıxış edən AMEA Mərkəzi Nəbatat Bağının Gənc alim və mütəxəssislər Şurasının sədri Fərid Seyfullayev elmdə şəbəkələşmənin mahiyyəti, vacibliyi, qarşıya çıxan problemlər, şəbəkələşmə üçün lazım olan şəbəkələşmə/kommunikasiya bacarıqları barədə məlumat vermişdir. Həmçinin bu məqsədlə dünyada istifadə edilən web vasitələr və sosial şəbəkələr haqqında da danışmışdır. Təlimdə Muzeyin elmi işçiləri və gənc alimlər iştirak etmişdir. Sonda dinləyicilərin sualları məruzəçi tərəfindən cavablandırılmışdır.