XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
11 Mart, 2016
Polşa Respublikasının sabiq prezidenti Bronislav Komorovski və onun xanımı Anna Komorovska Milli Azərbaycan Tarixi Muzeyinin qonağı olmuşdur

11.03.2016-cı il tarixində Diasporla İş üzrə Dövlət Komitısinin dəstəyi ilə Nizami Gəncəvi Beynalxalq Mərkəzinin təşkil etdiyi IV Qlobal Bakı Forumunda iştirak edən Polşa Respublikasının sabiq prezidenti Bronislav Komorovski və onun xanımı Anna Komorovska Milli Azərbaycan Tarixi Muzeyinin qonağı olmuşdur.


Muzeyin əməkdaşı Ülviyyə Niftəliyeva qonağa Azərbaycan tarixinin müxtəlif dövrləri barədə ətraflı məlumat vermiş, qonağı maraqlandıran sualları cavablandırmışdır. Bronislav Komorovski rəy kitabında muzey haqqında təəssüratlarını bölüşmüşdür.

Fotoşəkillərə burada baxa bilərsiniz:  

https://www.facebook.com/TheNationalMuseumOfHistoryOfAzerbaijan/