XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
28 Mart, 2018
Muzeydə “İstiqlal bəyannaməsi”nin nadir nüsxələri qorunur
Milli Azərbaycan Tarixi Muzeyində Azərbaycan Xalq Cümhuriyyətinin İstiqlal Bəyannaməsinin nadir nüsxələri qorunur. Cümhuriyyət dövrünün bu dəyərli materialı Prezident İlham Əliyev tərəfindən Muzeyə hədiyyə olunub. Tarixi əhəmiyyət kəsb edən nadir nüsxələr azərbaycanlı mühacirlər nəslinin Londonda yaşayan nümayəndələrindən əldə olunmuşdur. Bu əlyazma mətnlər biri ərəb əlifbası ilə Azərbaycan dilində, digəri isə fransız dilində yazılmışdır. Bu sənəd Azərbaycan Milli Şurasının 1918-ci il mayın 28-də qəbul etdiyi “Əqdnamə”dən köçürülmüşdür. Lakin burada orijinaldan fərqli olaraq Şura üzvlərinin adları və vəzifələri qeyd olunmamışdır. Azərbaycan dilindəki nüsxə 1920-ci ildə İngiltərədə, fransızca nüsxə isə Niderlandda istehsal olunan kağızda tərtib edilmişdir. Hal-hazırda nüsxələrin əsli Muzeyin Sənədli mənbələr fondunda qorunub saxlanılır, surətləri isə ekspozisiyada nümayiş olunur. Bu nüsxələr Cümhuriyyətin təbliği baxımından böyük əhəmiyyətə malikdir.