XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
29 Mart, 2018
Muzeyin ən qədim simli musiqi aləti
Qədim musiqi alətləri xalqın tarixi, mədəni və mənəviyyat abidəsidir. Milli Azərbaycan Tarixi Muzeyində ən qədim simli musiqi aləti – çoğur qorunub saxlanılır. XVII-XVIII əsrlərdə istifadə olunan çoğur Azərbaycanın ən nadir musiqi alətlərindən biridir. Etnoqrafiya fondunda mühafizə olunan çoğur tut ağacından hazırlanmış, üç qoşa simdən və 22 pərdədən ibarətdir. Çoğurdan Səfəvilər dövlətinin ordusunda yüksək döyüş əhval-ruhiyyəsi yaratmaq üçün istifadə etmişlər. Çoğurun təkmilləşdirilməsi sayəsində saz yaranmışdır. Musiqi alətlərimizin qorunması, araşdırılaraq öyrənilməsi tariximizin tədqiqi və təbliği baxımından çox əhəmiyyətlidir.