XƏBƏRLƏR
29 Mart, 2018
Muzeyin əməkdaşı “31 Mart Soyqırımı” mövzusunda mühazirə oxumuşdur
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” sərəncamı əsasında Milli Azərbaycan Tarixi Muzeyinin elmi işçiləri mütəmadi olaraq təhsil müəssisələrində maarifləndirici tədbirlər keçirir.
“31 Mart Soyqırımı”nın 100 illiyinə həsr olunmuş növbəti tədbir İ.Əfəndiyev adın Elitar gimnaziyada keçirilmişdir. Muzeyin Xarici əlaqələr və elmi-kütləvi iş şöbəsinin müdiri Emin Dadaşov təhsil ocağının şagirdləri qarşısında “Soyqırımlar tarixinin 31 mart günü” adlı mühazirə ilə çıxış etmişdir.
Tədbirdə XX əsrin əvvəllərində Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə bolşevik-daşnak silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdiyi soyqırımı cinayətləri haqqında ətraflı məlumat verilmişdir.
Fotomateriallar və arxiv sənədlərindən çıxarışların nümayişi ilə müşaiyət olunan mühazirə aktiv diskussiya şəraitində keçmişdir. Tədbirin sonunda 31 mart soyqırımının dünya ictimaiyyətinə çatdırılması istiqamətində internet və sosial şəbəkələrin geniş istifadə olunması təklifi müəllim və şagird heyəti tərəfindən maraqla qarşılanmışdır.
Milli Azərbaycan Tarixi Muzeyinin elmi işçiləri tərəfindən “31 Mart Soyqırımı”nın 100 illiyinə həsr olunmuş maarifləndirici tədbirlərin muzeyin xaricində keçirilməsi nəzərdə tutulub.
I Qarabağ müharibəsi şəhidinin materialları Muzeyə verilib
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.
Muzey əməkdaşı Beynəlxalq Təhsil Kompleksi IB-nın şagirdlərinə mühazirə deyib
Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşı Qənirə Qafarlı Bakı Beynəlxalq Təhsil Kompleksi IB-nın 4-cü sinif şagirdlərinə mühazirə deyib. Mühazirə Bak...
Muzeyə Qarabağ şəhidinin materialları daxil olub
II Qarabağ müharibəsinin şəhidi Əzizli Tacəddin Şahəddin oğlu 1994-cü il 7 avqust tarixində Salyan rayonunda anadan olub. İsfəndiyar Həsənov adına Sar...
Muzey əməkdaşı beynəlxalq gənclər konfransında iştirak edib
MATM-nin əməkdaşı Şəfa Mövsümov Pakistanın İslamabad Münaqişə Həlli İnstitutunun (İslamabad İnstitute of Conflict Resolution) təşkilatçılığı ilə keç...
Muzeydə Lütfi Zadə irsi təbliğ edilir
Bu gün dünya şöhrətli alim, qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, AMEA-nın fəxri üzvü, professor Lütfi Zadənin 100 illiyi tamam olur. Yanvarın 25-...
Hörmətli izləyicilər!
Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə qüdrətli ordumuzun qazandığı şanlı qələbə qəhrəman şəhid...
Fevralın 2-də AMEA Yüksək Texnologiyalar Parkında (YT Park) “İnkubator və Texnologiya Transferi Mərkəzi”nin təqdimatına həsr olunmuş tədbir keçirilib
Tədbirdə AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Emin Dadaşov “Müasir muzeylərdə yüksək texnologiyaların tətbiqi (...
Hörmətli izləyicilər! Sizə Milli Azərbaycan Tarixi Muzeyinin Baş mütəxəssisi Aynur Babayevanın hazırladığı “Qarabağın general qubernatoru – Xosrov bəy Sultanov” adlı məqaləni təqdim edirik.
AXC-nin qurulması Qarabağın tarixində də mühüm hadisə olmuşdur. 1918-ci ilin mayında Şimali Azərbaycan özünün dövlət müstəqilliyini elan etdikdən sonr...