XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
29 Mart, 2018
Muzey əməkdaşı “31 Mart Soyqırımı”na həsr olunmuş tədbirdə çıxış etmişdir
Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları müntəzəm olaraq maarifləndirici tədbirlərdə iştirak edirlər. Belə ki, Muzeyin Xarici əlaqələr və elmi-kütləvi iş şöbəsinin elmi işçisi, t.ü.f.d. Əli Fərhadov Binəqədi rayon MKS-nin Mərkəzi Kitabxanasında keçirilən tədbirdə iştirak etmişdr. "31 Mart Azərbaycanlıların Soyqırımı Günüdür" mövzusunda çıxış edən Ə.Fərhadov 1918-1920-ci illərdə bolşevik-daşnak qüvvələrinin Azərbaycanın müstəqilliyinə qarşı apardıqları düşmənçilik siyasəti haqqında dövrün mətbuat orqanları əsasında məlumat vermişdir. Tədbirdə Binəqədi rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru R.Biləndərli, kitabxana əməkdaşları, oxucular, AMEA əməkdaşları da iştirak və çıxış etmişdirlər. Sonda dinləyicilərin sualları məruzəçilər tərəfindən ətraflı cavablandırılmışdır.