XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
30 Mart, 2018
Muzeydə növbəti açıq dərs keçirilmişdir
Milli Azərbaycan Tarixi Muzeyində Muzeyin “Gənc muzeyşünaslar və muzeysevərlər” klubunun üzvlərinə müntəzəm olaraq açıq dərslər keçirilir. Növbəti dərsin iştirakçıları Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin, Turizm və Menecment Universitetinin “ Muzeyşünaslıq” ixtisası üzrə ixtisaslaşan doktorant, magistr və bakalavr pilləsinin II kurs tələbələri olmuşdur. Açıq dərsdə Muzeyin Arxeologiya Elmi fond şöbəsinin müdiri, t.ü.f.d. Nasir Quluzadə çıxış etmişdir. O, muzeyin ekspozisiyasında olan arxeoloji materiallar əsasında “Yeraltı dünyanı tanıdanlar” adlı məruzə söyləmişdir. Tələbələri Arxeologiya fondunun işi ilə tanış etmişdir. Fondla tanışlıq tələbələrdə çox böyük maraq doğurmuşdur. Sonda gənc muzeyşünasların sualları məruzəçi tərəfindən ətraflı şəkildə cavablandırılmışdır. Qeyd edək ki, “Gənc muzeyşünaslar və muzeysevərlər” klubu ilk dəfə olaraq Milli Azərbaycan Tarixi Muzeyində yaradılmışdır. Klubun məqsədi maddi-mədəni abidələrimizin qoruyucusu olan muzeylər haqqında məlumatın, muzey işi və onun fəaliyyət istiqamətlərinin gənc nəslə çatdırılmasını təmin etməkdir. Klubun rəhbəri Muzeyin Xarici əlaqələr və elmi-kütləvi iş şöbəsinin elmi işçisi Sahibə Ələkbərovadır.