XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
02 Aprel, 2018
Muzeydə Cümhuriyyətin 100 illiyinə həsr olunmuş tədbir keçirilib
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2018-ci ili “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan etməsi ilə əlaqədar Muzeydə maarifləndirici silsilə tədbirlər keçirilir. Muzeydə Cümhuriyyətin 100 illiyinə həsr olunmuş növbəti mühazirə keçirilib. Tədbirdə Muzeyin “Elmi ekspozisiya və sərgilərin təşkili şöbəsinin müdiri, t.ü.f.d. Səbuhi Əhmədov "Əlahəzrət İmperatorun şəxsi mühafizə dəstəsinin tərkibindəki Azərbaycan milli hissələri" adlı məruzə ilə çıxış etmişdir. Mühazirə zamanı mövzu ilə əlaqədar rolap və foto və arxiv sənədlərindən ibarət foto-slayd nümayiş etdirilmişdir. Tədbirdə tələbələr, tarixçilər, Muzey əməkdaşları iştirak ediblər. İştirakçıları maraqlandıran suallar məruzəçi tərəfindən ətraflı cavablandırılmışdır.