XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
03 Aprel, 2018
Muzey əməkdaşı soyqırım haqqında çıxış etmişdir
Milli Azərbaycan Tarixi Muzeyinin Silahlar və bayraqlar fondunun müdiri, t.ü.f.d. Sevinc Vahabova 31 mart - Soyqırım Günü münasibətilə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında keçirilmiş tədbirdə məruzə ilə çıxış etmişdir. “1918-ci il Mart soyqırımının səssiz şahidləri” adlı məruzədə mart hadisələrinin siyasi gedişi, törədilən qırğınlar zamanı istifadə olunan müxtəlif silah nümunələri, həmçinin, Qafqaz İslam Ordusunun hərbi hissələrinə aid sursatlar haqqında ətraflı məlumat verilmişdir. Bu materialların elmi ekspozisiyada və müxtəlif sərgilərdə nümayiş olunmasının gənc nəslin milli ruhda tərbiyə edilməsində mühüm rol oynadığı vurğulanmışdır. Sonda dinləyicilərin sualları S.Vahabova tərəfindən ətraflı cavablandırılmışdır.