XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
03 Aprel, 2018
Muzeyə İsraildən yeni Şərq xalçası hədiyyə olunub
Milli Azərbaycan Tarixi Muzeyi müntəzəm olaraq öz kolleksiyalarını zənginləşdirir. İsraildə yaşayan bakılı həmvətənimiz Rauf Şalikoyeviç Zarbailov davamlı şəkildə Azərbaycanın və b. Şərq ölkələrinin maddi-mədəniyyət nümunələrini əks etdirən materialları Muzeyə hədiyyə edir. Bu yaxınlarda həmyerlimiz Şərq mədəni irsinin nümunəsi olan Əfqanıstan xalçasını Muzeyə təqdim edib. XX əsrə aid bu xalça Muzeyin Etnoqrafiya fonduna təhvil verilib və Şərq kolleksiyasının zənginləşdirilməsi baxımından tarixi əhəmiyyətə malikdir.