XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
03 Aprel, 2018
Muzey əməkdaşı Rusiyada mart soyqırımının 100 illiyi ilə bağlı çıxış etmişdir
Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyində 31 mart – Azərbaycanlıların soyqırımı gününə həsr olunmuş anım tədbiri keçirilmişdir. Tədbirdə muzeyin elmi katibi t.ü.f.d. Fəırhad Cabbarov iştirak etmişdir. Rusiya ictimaiyyətinin Moskvadakı Azərbaycan diasporunun nümayəndələrinin iştirak etdiyi tədbirdə F.Cabbarov Cənubi Qafqazda erməni terrorunun tarixi, daşnakların Azərbaycan əhalisinə qarşı terror və soyqırımı siyasəti haqqında məruzə ilə çıxış etdi. Qeyd edək ki, anım tədbiri Azərbaycanın Rusiyadakı Səfirliyi və Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin təşkilatçılığı ilə keçirilmişdir.