XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
04 Aprel, 2018
Xarici qonaqlar Muzeyi ziyarət ediblər
Milli Azərbaycan Tarixi Muzeyi daim xarici qonaqların diqqət mərkəzindədir. İsveç Krallığının Azərbaycan Respublikasındakı Səfirliyinin müvəqqəti işlər vəkili Kristian Kamill və L.Tolstoyun nəticəsi Daniel Tolstoy Muzeyi ziyarət ediblər. Sonra qonaqlara Muzeyin ekspozisiya zallarında və H.Z.Tağıyevin ev muzeyində ekskursiya aparılıb. Qonaqlar Azərbaycan tarixinin əyani sübutu olan maddi mədəniyyət nümunələri ilə yaxından tanış olublar. Sonda qonaqlar öz minnətdarlığını bildirib və xoş təəssüratlarla Muzeydən ayrılıblar.