XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
04 Aprel, 2018
Muzeydə növbəti mühazirə keçirilib
Milli Azərbaycan Tarixi Muzeyində Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının “Sənətşünaslıq” fakültəsinin magistrantları üçün davamlı mühazirələr təşkil edilir. Növbəti mühazirə “Elmi-tədqiqat işlərinin aparılmasında muzey fond materiallarının əhəmiyyəti” mövzusunda təşkil edildi. Mühazirəni Muzeyin Elmi fond işləri üzrə direktor müavini, t.ü.f.d. Məhfuzə Zeynalova apardı. Mühazirəçi Muzeydəki fondlar və əsasən də dinləyiciləri maraqlandıran Təsviri materiallar fondu haqqında məlumat verdi. Magistrantların elmi-tədqiqat işlərinin yerinə yetirilməsində bu fondların vacibliyini və orada tədqiqat işlərinin aparılması prinsipi və qaydalarından danışdı. Muzeyə daxil olan eksponatların ekspert şürası tərəfindən necə təyin edilməsi və tələbələri maraqlandıran digər suallara da M.Zeynalova ətraflı cavab verdi. Mühazirə tələbələr tərəfindən çox bəyənildi. Növbəti mühazirə aprel ayının 5-də “Etnoqrafik materialların elmi-tədqiqat işlərinin yerinə yetirilməsində rolu” mövzusunda keçiriləcəkdir. Mühazirə Muzeyin Etnoqrafiya fondunun müdiri Sevinc Nəsirova tərəfindən aparılacaqdır. Muhazirələrin aparılmasında məqsəd, magistr proqramı üzrə təhsil alan sənətşünas tələbələrin muzeyşünaslıq-sənətşünaslıq vəhdətində elmi-tədqiqat işini aparmasında muzeyin rolunu vurğulamaqdır. Həmçinin, magistrantların müstəqil şəkildə elmi-tədqiqat işlərini aparmasında onları istiqamətləndirməkdir.