XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
10 Mart, 2016
Muzey əməkdaşının məruzəsi şagirdlər tərəfindən maraqla dinlənildi

Rusiya Mədəniyyət-İnformasiya Mərkəzində “İncəsənət haqqında söhbətlər” layihəsi çərçivəsində Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşı Fuad Ağayevin 27 saylı məktəbin şagirdləri ilə görüşü keçirilmişdir.


F.Ağayev öz çıxışında XX əsrin 20-30-cu illərində uzun illər A.Bakıxanov adına Tarix İstitutunda, N.Gəncəvi adına Azərbaycan Ədəbiyyat Muzeyində, eləcə də Azərbaycan Mərkəzi Abidələrin Müdafiəsi İdarəsində çalışmış, rus arxeoloqu, qafqazşünas-etnoqraf və rəssamı İvan Şeblıkinin elmi nailiyyətləri, yaradıcılıq irsi haqqında bəhs etmişdir. İ.Şeblıkin Şimali və Cənubi Qafqazda aparılan arxeoloji ekspedisiyalar və bərpa işlərində iştirak etmişdir. O, Azərbaycanın müxtəlif güşələrində yerləşən orta əsr tikililərini təsvir edən çoxlu gözəl şəkillər çəkmişdir. F.Ağayev görüş iştirakçılarına rəssamın Naxçıvan bölgəsində çəkdiyi rəsmlərin surətlərini nümayiş etdirmiş, həmin abidələrin tarixindən və sovet alimlərinin onların tədqiqinə verdiyi töhfədən danışmışdır. 

Fotoşəkillərə burada baxa bilərsiniz:  

https://www.facebook.com/TheNationalMuseumOfHistoryOfAzerbaijan/