XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
10 Aprel, 2018
Şamaxı dəfinəsi maraqlı tarixi faktları açıqlayır
Milli Azərbaycan Tarixi Muzeyinin Numizmatika Fonduna Şamaxı şəhərində aşkarlanmış saxsı küpün içərisində olan dəfinə təhvil verilmişdir. 21 ədəd tam, 860 qr. paslı və fraqmentşəkilli sikkələrdən ibarət qeyd edilən dəfinə sikkələri Muzeyin Bərpa laboratoriyasına göndərilmişdir. Təmizləndikdən sonra bu dirhəmlərin Şirvanşah Yəzid ibn Əhmədin (991-1027) hakimiyyəti dövründə zərb edildiyi müəyyən olunmuşdur. Bir sıra Qafqaz dəfinələrində aşkarlanmış, X əsrin sonu – XI əsrin əvvəllərinə aid şirvanşahların adları olan belə sikkələr Azərbaycanda sikkə zərbi və pul ticarətinin səciyyəvi cəhətlərini açıqlayan faktdır.