XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
12 Aprel, 2018
Muzeydə növbəti “Açıq dərs” keçirilib
Milli Azərbaycan Tarixi Muzeyində mütəmadi maarifləndirici tədbirlər keçirilir. Bu gün muzeydə Bakı Dövlət Universitetinin tarix fakültəsinin III kurs tələbələrinin iştirakı ilə “Tarixin tədrisində sinifdənxaric iş” və “Azərbaycanın Rusiya tərəfindən işğalının tarixşünaslığı” mövzusunda açıq dərs təşkil edilmişdir. Tədbirdə fənlərarası inteqrasiya yolu ilə metodika, mənbəşünaslıq və tarixşünaslıq fənləri üzrə keçirilən dərslərin mövzularına aydınlıq gətirildi. Tarix fakültəsinin Mənbəşünaslıq, tarixşünaslıq və metodika kafedrasının dosentləri Mətanət Məmmədova və Sevinc Qasımovanın təqdimatı ilə tələbələrin “Milli Azərbaycan Tarixi Muzeyində mühafizə edilən arxeoloji materiallar”, “Tarixin tədrisində tarixi şəxsiyyət problemi”, “Azərbaycanda tarix-diyarşünaslıq muzeyləri” və “Tarixin tədrisi metodikasında bədii ədəbiyyatdan istifadə” mövzularında çıxışları dinlənildi. “Açıq dərsdə” iştirak edən Muzeyin direktoru, akademik Nailə Vəlixanlı dərslə bağlı fikirlərini və tövsiyələrini bildirdi.