XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
18 Mart, 2016
“I Şah İsmayıl – sərkərdə və hökmdar” sərgisində XVI-XVII əsr Azərbaycan iqtisadiyyatı ilə bağlı unikal materiallar

AMEA Milli Azərbaycan Tarixi Muzeyində “I Şah İsmayıl – sərkərdə və hökmdar” sərgisi hazırlanmaq üzrədir. 130-dan artıq unikal eksponatın, çoxlu sayda informasiya-məlumat paneli, xəritə, portret, iriölçülü bannerlərin qurulduğu sərgidə ayrı-ayrı bölmələrin tamamlanması işi başa çatır. Sərginin hazırlıq işləri barəsində muzeyin saytında mütəmadi olaraq məlumatlar verilir.


Belə ki,“Səfəvilər dövlətinin iqtisadiyyatı” bölməsində XVI-XVII əsr Azərbaycan iqtisadiyyatına aid unikal materiallar yerləşdirilmişdir. Onlar sırasında  Səfəvilər dövlətinin Qərb ölkələrinə əsas ixrac mallarından olan XVI əsr ipək parçaları (“qızılbaş ipəkləri”), nadir naxışlarla bəzədilmiş mis qablar, bədii ornamentli kaşılar nümayiş olunur. Burada həmçinin I Şah İsmayılın dövründə Səfəvilər dövlətinin pul- maliyyə sistemi haqqında məlumat verilir. İlk dəfə olaraq I Şah İsmayılın dövründə zərb olunmuş gümüş pullar tamaşaçılara təqdim edilir. Azərbaycanın XVI əsr kənd təsərrüfatı, sənətkarlığı, ticarətini nümayiş etdirmək məqsədilə dövrün miniatürləri göstərilir.

Fotoşəkillərə burada baxa bilərsiniz:  

https://www.facebook.com/TheNationalMuseumOfHistoryOfAzerbaijan/