XƏBƏRLƏR
13 Aprel, 2018
Muzeydə aprel döyüşlərinin ildönümünə həsr olunmuş “Tariximizin şanli qələbə döyüşü” adli tədbir keçirilib
Milli Azərbaycan Tarixi Muzeyinin Xarici əlaqələr və elmi kütləvi iş şöbəsinin və Muzeyinin YAP “Azərbaycan tarixçiləri” ilk ərazi təşkilatının təşkilatçılığı ilə 2016-cı ilin aprel döyüşlərinin ildönümünə həsr olunmuş “Tariximizin şanli qələbə döyüşü” adli maarifləndirici tədbir keçirilib. Tədbirdə muzey əməkdaşları, tarixçilər, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının tələbələri, Səbail rayonu 96 nömrəli Ağdam köçkün orta məktəbi və 7 nömrəli tam orta məktəbin şagirdləri iştirak ediblər. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başladı.
Tədbiri giriş sözü muzeyin Xarici əlaqələr və elmi kütləvi iş şöbəsinin aparıcı elmi işçisi, t.ü.f.d. Bəhmən Kərimov açaraq, Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş vətən övladlarının əziz xatirəsini yad edərək 2016-cı ildə baş vermiş döyüşün tarixi əhəmiyyətindən danışdı. O bildirib ki, Aprel döyüşləri Azərbaycan Ordusunun gücünü, hər an torpaqları azad etmək iqtidarında olduğunu, habelə Azərbaycan əsgərinin vətənpərvər və qəhrəman obrazını nümayiş etdirdi. Bu döyüşlər zamanı Azərbaycan Ordusu Ermənistan silahlı birləşmələrinin təxribatlarına tutarlı cavab verərək nəyə qadir olduğunu göstərdi.
Sonra tədbirdə iştirak edən Qarabağ qazisi, Gənc Vətənpərvərlər Birliyinin sədr müavini, Bakı şəhəri 19 nömrəli orta məktəbin hərbi rəhbəri İslam Əzimov və “Azərbaycan Ordusu” qəzetinin hərbi müxbiri Lalə Hüseynova çıxış ediblər. Çıxışçılar da öz növbəsində Azərbaycan torpaqları uğrunda qəhrəmanlıq göstərmiş zabit və əsgərlərimizin şücayətindən danışaraq, gənc nəslə tariximizin bu şanlı döyüşlərini unutmamağı tövsiyyə etdilər.
Daha sonra Gənc Vətənpərvərlər Birliyi tərəfindən Muzeyin Xarici əlaqələr və elmi-kütləvi iş şöbəsinin əməkdaşı Pərvanə Əzimova tədbirlərdə fəal iştirakına görə Fəxri Fərmanla təltif olunub.
Tədbir məktəblilərin ifasında bədii hissə ilə başa çatıb.
I Qarabağ müharibəsi şəhidinin materialları Muzeyə verilib
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.
Muzey əməkdaşı Beynəlxalq Təhsil Kompleksi IB-nın şagirdlərinə mühazirə deyib
Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşı Qənirə Qafarlı Bakı Beynəlxalq Təhsil Kompleksi IB-nın 4-cü sinif şagirdlərinə mühazirə deyib. Mühazirə Bak...
Muzeyə Qarabağ şəhidinin materialları daxil olub
II Qarabağ müharibəsinin şəhidi Əzizli Tacəddin Şahəddin oğlu 1994-cü il 7 avqust tarixində Salyan rayonunda anadan olub. İsfəndiyar Həsənov adına Sar...
Muzey əməkdaşı beynəlxalq gənclər konfransında iştirak edib
MATM-nin əməkdaşı Şəfa Mövsümov Pakistanın İslamabad Münaqişə Həlli İnstitutunun (İslamabad İnstitute of Conflict Resolution) təşkilatçılığı ilə keç...
Muzeydə Lütfi Zadə irsi təbliğ edilir
Bu gün dünya şöhrətli alim, qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, AMEA-nın fəxri üzvü, professor Lütfi Zadənin 100 illiyi tamam olur. Yanvarın 25-...
Hörmətli izləyicilər!
Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə qüdrətli ordumuzun qazandığı şanlı qələbə qəhrəman şəhid...
Fevralın 2-də AMEA Yüksək Texnologiyalar Parkında (YT Park) “İnkubator və Texnologiya Transferi Mərkəzi”nin təqdimatına həsr olunmuş tədbir keçirilib
Tədbirdə AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Emin Dadaşov “Müasir muzeylərdə yüksək texnologiyaların tətbiqi (...
Hörmətli izləyicilər! Sizə Milli Azərbaycan Tarixi Muzeyinin Baş mütəxəssisi Aynur Babayevanın hazırladığı “Qarabağın general qubernatoru – Xosrov bəy Sultanov” adlı məqaləni təqdim edirik.
AXC-nin qurulması Qarabağın tarixində də mühüm hadisə olmuşdur. 1918-ci ilin mayında Şimali Azərbaycan özünün dövlət müstəqilliyini elan etdikdən sonr...