XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
16 Aprel, 2018
Muzeyin kolleksiyası Cümhuriyyət dövrünə aid materiallarla zəngindir
Milli Azərbaycan Tarixi Muzeyinin bonistika kolleksiyası Azərbaycan Xalq Cümhuriyyətini əks etdirən materiallarla zəngindir. Bunlardan o dövrdə çıxmış qiymətli kağızalar da mühüm əhəmiyyət kəsb edir. Muzeyin Köməkçi Tarixi Fənn Materialları Fondunda Azərbaycan Xalq Cümhuriyyəti Bakı Bələdiyyə İdarəsinin lotereya biletinin təsdiq olunmamış nümunəsi və Azərbaycan Xalq Dövlət Bankının çeki - Dəniz Nəqliyyatı İdarəsinin haqq-hesab çeki, istifadə olunmamış nüsxələri qorunur. Cümhuriyyət dövrünün tədqiqində bu nadir materiallar mühüm tarixi mənbədir.