XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
18 Aprel, 2018
Muzey əməkdaşı elmi-praktiki konfransda iştirak edib
Milli Elmlər Akademiyası və Fövqəladə Hallar Nazirliyinin birgə təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş “Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisidir” mövzusunda elmi-praktiki konfrans keçirilmişdir. Konfransda Milli Azərbaycan Tarixi Muzeyinin Elmi ekspozisiya və sərgilərin təşkili şöbəsinin müdiri, t.ü.f.d Səbuhi Əhmədov “Azərbaycan Xalq Cümhuriyyəri dövründə dövlət rəmzləri və müasir dövr” adlı məruzə ilə çıxış edib. S.Əhmədov bildirib ki, Azərbaycan Xalq Cümhuriyyəti dövründə qədim Odlar diyarında milli hüquqi dövlətçiliyimizin əsası qoyulmuş, milli dövlətçilik atributları olan milli bayrağın, gerbin və himnin yaradılmasına xüsusi əhəmiyyət verilmişdir. Məruzə konfrans iştirakçıları tərəfindən böyük maraqla qarşılanmışdır.