XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
19 Aprel, 2018
“Şərqin qızıl sikkələri” adlı kataloq hazırlanır
Sikkə tarixi mənbə kimi dövlətçiliyin atributları sırasında müstəsna önəm kəsb edir. Milli Azərbaycan Tarixi Muzeyinin Xüsusi fondunda qorunub saxlanılan Şərq qızıl sikkələri kolleksiyasından ibarət “Şərqin qızıl sikkələri” adlı kataloq hazırlanır. Kataloq Muzeyin Numizmatika və epiqrafika elmi fond şöbəsinin müdiri, t.ü.e.d., prof. Əli Rəcəbli və Muzeyin Xüsusu fondunun müdiri, t.ü.f.d. Afət Rüstəmbəyova tərəfindən tərtib edilir. Mütəxəssislər bildirib ki, kataloqda Şərq dövlətlərinə aid 130 ədəd sikkə haqqında ətraflı məlumat foto-şəkilləri ilə birlilkdə yer alacaq. Azərbaycan ərazisindən tapılmış numizmatik artefaktlar – qızıl sikkələr dövlətçilik, ticarət və əmtəə-pul münasibətlərinə dair dəyərli və tutarlı bir mənbə rolunu oynayır. Elmi dövriyyəyə daxil ediləcək kataloq eramızın IV əsrindən XIX əsrə qədərki dövrü əhatə edir. “Şərqin qızıl sikkələri” kataloqu Muzeyin 2020-ci ildə baş tutacaq 100 illik yubileyinə qiymətli töhfə olacaq.