XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
19 Aprel, 2018
Muzeyin elmi katibi Moskvada Cümhuriyyətin 100 illiyinə həsr olunmuş tədbirdə çıxış edib
Aprelin 18-də M.Lomonosov adına Moskva Dövlət Universitetinin, Azərbaycanın Rusiyadakı Səfrliyinin, Heydər Əliyev Fondunun Rusiya Nümayəndəliyinin təşkilatçılığı ilə universitetin tarix fakültəsində "Rus inqilabı və Azərbaycan Cünhuriyyətinin tarixi: yüz ildən sonra baxış" mövzusunda Beynəlxalq dəyirmi masa keçirilmişdir. Dəyirmi masada Rusiya və Azərbaycan alimləri, universitetin müəllimləri, tələbələri, KİV nümayəndələri iştirak edirdilər. Tədbirdə Milli Azərbaycan Tarixi Muzeyinin elmi katibi t.ü.f.d. Fərhad Cabbarov "Azərbaycan Cümhuriyyəti ilə RSFSR arasında münasibətlərdə neft amili (1918-1920)" mövzusunda əsas elmi məruzə ilə çıxış etmişdir. F.Cabbarov həmçinin Cümhuriyyətin tarixinə dair muzeyin nəşr etdirdiyi kitabları Moskva Dövlət Universitetinin tarix fakültəsinə hədiyyə etdi.