XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
07 Mart, 2016
“I Şah İsmayıl – sərkərdə və hökmdar” sərgisində XVI-XVII əsr Azərbaycan dövlətçiliyi ilə bağlı unikal materiallar

Xəbər verdiyimiz kimi, AMEA Milli Azərbaycan Tarixi Muzeyində “I Şah İsmayıl – sərkərdə və hökmdar” sərgisi hazırlanmaq üzrədir. 130-dan artıq unikal eksponatın, çoxlu sayda informasiya-məlumat paneli, xəritə, portret, iriölçülü bannerlərin qurulduğu sərgidə ayrı-ayrı bölmələrin tamamlanması işi başa çatır.


Belə ki, “Səfəvilər dövləti – rəmzlər, dövlət dili, inzibati quruluşu” bölməsində XVI-XVII əsr Azərbaycan dövlətçiliyinə aid unikal materiallar yerləşdirilmişdir. Onlar sırasında Səfəvilər dövlətinin müxtəlif bayraqlarının ucluqları böyük maraq kəsb edir. Qeyd etmək lazımdır ki, ələm, aypara, yarpaqvari və kürəvari formada olan ucluqlar ilk dəfə nümayiş olunacaq. Bölmədə I Şah İsmayılın tuğrasının (möhürünün) təsviri, dünya muzeylərində qorunan Səfəvi rəmzlərinin fotoları, eləcə də Səfəvilər dövlətində saray mərasimlərini əks etdirən Təbriz miniatürləri, həmçinin Səfəvilər dövlətinin dövlət dili və inzibati quruluşu haqqında tarixi məlumatlar verilmişdir.

Fotoşəkillərə burada baxa bilərsiniz:  

https://www.facebook.com/TheNationalMuseumOfHistoryOfAzerbaijan/